2020-ci ilin yanvar-iyul dövründə (7 ayda) Azərbaycana 50 milyon 957 min dollar dəyərində 10 min 300 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.
Marja Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, kərə yağının idxalı miqdar ifadəsilə 2 min 818 ton və ya 37,6%, dəyər ifadəsilə 13 milyon 653 min dollar və ya 36,6% artıb.
2019-cu ilin yanvar-iyul dövründə Azərbaycana 37 milyon 304 min dollar dəyərində 7 min 482 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilmişdi.
Mənbə: www.marja.az