Marketinq üzrə ən məşhur xəbər portallarından biri sayılan “Nielsen”, 2020-ci ilin sonlarına doğru “FMCG” sahəsində ən çox inkişaf etmiş ölkə olan Hindistanda, bu sahədə baş vermiş yeniliklərlə bağlı məlumat verib.
Bu məlumata əsasən, il ərzində iqtisadi artımın da təsiri ilə “FMCG” sahəsində ötən ilə nəzərən yüksəlişin olduğunu deyə bilərik.
Bütün dünyada yayılan “Covid” səbəbiylə istehlakçılar təmizlik məhsullarından daha çox istifadə etməyə başladılar və bunun nəticəsində də daha çox məhsul istehsal edildi.
Eyni zamanda kənd sahələri də “FMCG” sektoru üçün böyüməyə davam etdi. Kənd bazarlarında olan inkişaf yaxşı əkinçilik, əks miqrasiya və daha az işsizliklə nəticələndi.