Amerikada yerləşən supermarket şəbəkələri öz genişliyi və marka çeşidinin zənginliyi ilə dünyanın seçilmiş supermarketləri siyahısında ilk sıralarda yerləşir. Bunlardan biri də “Loblaws Canada” supermarket şəbəkəsidir. 1919-cu ildən bəri pərakəndə satış üzrə fəaliyyət göstərən supermarket şəbəkəsinin şüarı “Helping Canadians Live Life Well” adlanır və “kanadalıların daha yaxşı həyat yaşamağına kömək etmək” mənasına gəlir.
“Biz ölkənin ən böyük qida distribyutorlarından biriyik. Alış-veriş formatımız və məhsul çeşidlərimiz müxtəlif zövqlərə və büdcələrə xidmət edir. Çünki hər insan fərqlidir, iki kanadalı eyni deyil.”
Bu yaxınlarda “Loblaws” şirkətinə məxsus “Joe Fresh” geyim mağazasının geyinmə otaqlarında “Magic mirror on the wall” (Divardakı sehrli güzgü) adlı yeni sistem qurulub. Bu sistemdə müştərilər sadəcə güzgüyə toxunmaqla otağa gətirdiyi digər geyimlərin rənglərini və ölçülərini seçə bilirlər.
“Joe Fresh” mağazalarının Əməliyyatlar üzrə Baş Direktoru Marty Oakes, markanın Kanadada yeni texnologiyanı ilkin tətbiq edənlərdən biri olduğunu söyləyir.