Bu ilin yanvar-noyabr aylarında Gürcüstandan Azərbaycana 278,2 ton düyü ixrac olunub.
Bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən məlumat bildirilib.
Məlumata əsasən, qida məhsulunun ümumi dəyəri 285 min ABŞ dolları təşkil edib. Ötən ilin eyni dövrünə nisbətdə Azərbaycan qonşu ölkədən düyü idxalını 80,52 ton və yaxud 41 % artırıb.
Azərbaycan Gürcüstandan eyni zamanda ümumi dəyəri 10,3 milyon ABŞ dolları olan 2 400 ton dondurulmuş mal əti idxal edib. Qida məhsulunun həcmində illik müqayisədə 2 192 ton və yaxud 11,5 dəfə artım qeydə alınıb.
report.az