Mərkəzi, İngiltərədə yerləşən və ölkənin ən böyük supermarket şəbəkələrindən biri olan “Morrisons”, bir sıra yeni markalarla ortaq olmaq qərarına gəlib. Şirkətin baş direktoru David Potts, onlayn böyümənin və yeni ortaqlıqların 2021-ci ildə satışları necə artıracağı barədə məlumat verib. O qeyd edib ki, biz Britaniyanın ən böyük qida istehsalçılarından biriyik. Potts, hər zaman müştərilərinə və həmkarlarına diqqətlə qulaq asdıqlarını və mümkün olduqca tez cavab verdiklərini söyləyib, eyni zamanda müştərilərin rahatlığı üçün “Amazon” və “Deliveroo” çatdırılma xidmətləri ilə də ortaqlıq qurduqları üçün çox həvəsli olduqlarını qeyd edib.
O deyir ki, çatdırılma tərəfdaşlığı, pərakəndə satış şirkətinin istehlakçı davranışına reaksiya vermək və yenilənmə səylərinin yalnızca bir növüdür.
Bununla birlikdə markanın keçən il məhsullarını yaşlılara və həssas insanlara çatdırmağa yönəldilmiş çatdırılma xidməti də təqdirə layiqdir. Bu sistem bu il də tətbiq olunur. Bunun üçün bu yaxınlarda iki həftə ərzində yeni bir sistem qurulub, 5000 mikroavtobus fəaliyyətə başlayıb və ehtiyacı olan hər kəsə yemək çatdırılıb. Sifarişlərin gələn həftəyə qədər 600.000-i keçəcəyi gözlənilir.
Britaniyada istehsal edilən məhsullarla tanınan “Morrisons” komandası yerli tədarük bazasına daha çox diqqət etməyə çalışırlar.