Amerikanın məşhur “Hitchcock” supermarket şəbəkəsi, “Fresh access bucks” qidalanma proqramı və “Feeding Florida” qida bankı şəbəkəsi ilə ortaqlıq quraraq “SNAP” (yardım proqramı) müştərilərinə xüsusi təkliflər edir.
Proqrama əsasən, “SNAP” alıcıları meyvə və tərəvəzlər üçün 10 dollara qədər kupon alırlar. “SNAP”, qida alış-verişində 10 dollardan çox pul xərcləyən market müştərilərinə meyvə və tərəvəz üçün 10 dollarlıq kredit alır, 10 dollardan aşağı əməliyyatlar üçün isə “Fresh access bucks”da (FAB) birbaşa uyğunluq əldə edirlər. Bir sözlə, “SNAP” müştəriləri tərəfindən alınan məhsullar “FAB” tərəfindən ödənilir.
“Hitchcock” supermarket şəbəkəsinin əməliyyatlar üzrə vitse-prezidenti Giselle Alvarez, etdiyi açıqlamada cəmiyyətə çox bağlı olduqlarını və onları çox yaxşı tanıdıqlarını bildirib. O, eyni zamanda “FAB” kuponlarının sağlam qida alışları üçün ayrılmasının müştərilərin davranışlarının dəyişdirilməsinə də kömək edəcəyini qeyd etdi. Pandemiya dövründən sonra da müştərilərdə artıq düzgün qidalanma vərdişinin yaranacağını vurğuladı.
Hal-hazırda “FAB”, Floridada yerləşən “Sunflower Discount”, “Wright’s Natural”, “LeGrand Caribbean” marketləri ilə də ortaqdır.