Dövlət Gömrük Komitəsi “Azərbaycan Coca-Cola Bottlers Limited” Məhdud Məsuliyyətli Cəmiyyətini (MMC) cərimələyib.
Dövlət Gömrük Komitəsinin İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsinə əsasən tərtib etdiyi protokol baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.
İş hakim Mahirə Kərimovanın icraatındadır.
Bu inzibati xətaya görə, hüquqi şəxslər 1 500 manat məbləğində cərimə edilir.
Mənbə:Report.az