Bu ilin yanvar-may aylarında Azərbaycana 25 808,74 min dollar dəyərində 14 683,44 ton ət idxal edilib.
Cari ilin ilk beş ayında ölkəyə 4 773,10 min dollar dəyərində (azalma 39,3%) 3 203,71 ton (azalma 27,7%) süd idxal olunub.
Bununla yanaşı, ölkəyə 32 738,25 min dollar dəyərində 6 726,03 ton kərə yağı və süddən hazırlanan digər yağlar idxal olunub ki, bu da müvafiq olaraq 8,7% və 6,6% azdır.
Xatırladaq ki, bu ilin yanvar-may aylarında Azərbaycanda quş əti də daxil olmaqla diri çəkidə 213,7 min ton ət, 874,7 min ton süd istehsal edilib. Ötən ilin müvafiq dövrünə nisbətən ət istehsalı 3%, süd istehsalı isə 1,8% artıb.
Mənbə: Dövlət Gömrük Komitəsi