Məhsullarla dolu rəflər, 25-30 min çeşid arasında müştərinin məhsulunuzu görməyə ayırdığı o 4 saniyədə fərqlənmək üçün planoqramdan istifadə aktual mövzulardan birinə çevrilməkdədir.
Bir supermarketdə ortalama 15 mindən çox məhsul çeşidi vardır. Həmçinin eyni kateqoriyalarda bəzən yüzlərlə rəqib meydana çıxır ki, bu məhsullar içərisində müştərinin məhsulunuzu görməyə ayırdığı maksimum zaman 4 saniyədir. Bu kiçik zaman aralığında onun diqqətini çəkməli və sizin məhsulla maraqlanmasına səbəb olmalısınız.
Planoqram rəflərin cəlbedici görünməsindən başqa həmçinin daha gəlirli formada portfeli idarə etməyə gətirib çıxarır. Bəs planoqramın şirkətə verdiyi faydalar hansılardır?
- Stokun düzgün idarə olunmasına müsbət təsir edir. Rəfdə şirkətinizə aid olan hissədə maksimum fərqli çeşid sərgiləmənizə və bunun nəticəsində stoku düzgün idarə etmənizə səbəb olur.
- Məhsulların rəflərdə daha çox gözəçarpan olmasına təsir edir.
- Şirkət üçün daha çox gəlirli olan məhsulların düzgün formada rəfdə sərgilənməsinə səbəb olur.
- Aşağı xərclə, yüksək satış nəticələri əldə etməyə səbəb olur.
- Müştərilərin davranışlarına şirkətin məqsədləri yönündə təsir edir.
Planoqram hazırlamadan öncə şirkət portfelin analiz etməli və satacağı məhsulları tək-tək incələyib, portfeli təkrar formalaşdırdıqan sonra planoqramın hazırlanması məqsədə uyğun olar.
Kamal Mirzəyev
Ticari marketinq şöbə müdiri