Bu ilin yanvar-sentyabr aylarında istehlak qiymətləri indeksi 2020-ci ilin yanvarsentyabr aylarına nisbətən 105,2 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 106 %, qeyri-ərzaq məhsulları üzrə 104,4 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 104,6 % təşkil edib.
Cari ilin sentyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,8 %, əvvəlki ilin sentyabr ayına nisbətən 108,5 % təşkil edib.
Bu ilin sentyabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 102,6 %, əvvəlki ilin sentyabr ayına nisbətən 110,4 % təşkil edib.
Mənbə: Dövlət Statistika Komitəsi