Ölkəmizin FMCG-sektorunun aparıcı şirkətlərindən olan Avrora Qrup 1993cü ildən fəaliyyət göstərir.
Avrora Qrup bir çox dünya markalarının spirtli və qazlı içkilər, ət, süd, un və qənnadı məhsullarının distribyutorudur. Azərbaycanın 12000-dən çox ticarət nöqtəsinə 800-dən çox brendin satışını həyata keçirir.
Avrora Qrupda bu gün artıq bir neçə kadr dəyişiklikləri edibdir.
Elmir Ağayev şirkətin baş direktoru təyin edilib. Elmir Ağayev bundan sonra şirkətdə Tədarük Zənciri direktorluğu, İstehsalat direktorluğu və Satış direktorluğuna rəhbərlik edəcək.
Qeyd edək ki, Elmir Ağayev bu vaxta qədər “Avrora Qrup”da Tədarük Zənciri direktoru vəzifəsində çalışırdı.
Sərxan Rəhimli şirkətin baş direktoru təyin edilib. Sərxan Rəhimli bundan sonra şirkətdə Marketinq direktorluğu, Rəqəmsal Transformasiyalar direktorluğu və Maliyyə direktorluğuna rəhbərlik edəcək.
Qeyd edək ki, S.Rəhimli 2020-ci ildən şirkətə çalışır və o, bu vaxta qədər “Avrora Qrup”da şirkət təsisçisinin maliyyə məsələləri üzrə müşaviri vəzifəsini daşıyırdı.
Ceyhun Yusubov şirkətin baş direktoru təyin edilib. Ceyhun Yusubov bundan sonra şirkətdə Biznes və İnvestisiya Layihələri direktorluğu, Risklərin İdarə Olunması direktorluğu və Əməliyyatlar direktorluğuna rəhbərlik edəcək.Qeyd edək ki, C.Yusubov bu vaxta qədər “Avrora Qrup”da şirkət təsisçisinin strateji məsələlər üzrə köməkçisi vəzifəsini daşıyırdı.
FMCG.az portalı olaraq mütəxəssislərə uğurlar arzu edirik..