Keçdiyimiz günlərdə Çinin dünyaca məşhur elektron ticarət şirkəti olan “Alibaba”, Çinin ən böyük supermarket şəbəkələrindən biri olan “Sun Art” səhmlərinin böyük hissəsini almaq üçün təxminən 3,6 milyard dollar xərcləyəcəyini açıqladı. Satınalma başa çatdıqdan sonra isə “Alibaba Group”, “Sun Art”ın 72%-nə sahib olacağını bildirdi.
Digər ölkələrdə olduğu kimi pandemiya Çində də onlayn qida sifarişlərinə olan tələbi artırdı və mağazadan alış-veriş etmək istəyən müştəriləri özünə cəlb etdi. Ümumi karantin ləğv olunsa da, bir çox insan onlayn alış-veriş etməyə davam edir.
“Sun Art”ın Çindəki 484 pərakəndə satış məntəqəsində market alış-verişləri üçün “Alibaba”nın “Taoxianda” və “Tmall” supermarket platformalarına qida çatdırılması üçün “Ele.me” və logistika üçün “Cainia” inteqrasiya edilməsi planlaşdırıldı.
Müştərilər üçün bu daha sürətli çatdırılma və geniş seçim deməkdir. Eyni zamanda “Alibaba”ya tədarük zəncirini və iş fəaliyyətini yaxşılaşdırmaq üçün istifadə edə biləcəyi daha çox məlumat mənbəyi verir.