Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 73,3 milyon ABŞ dolları dəyərində 14,9 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edib.
Dövlət Gömrük Komitəsinə istinadən məlumat verilir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 9,7 milyon dollar (15,25 %) və 2,4 ton (10,5 %) çoxdur.
Hesabat dövründə kərə yağı və süddən hazırlanmış digər yağların idxalı Azərbaycanın ümumi idxalının 0,8 %-ni təşkil edib.
report.az