Azərbaycan 2020-ci ilin yanvar-oktyabr aylarında 20,724 mln. ABŞ dolları dəyərində 8 064,15 ton şampun idxal edib.
Dövlət Statistika Komitəsinin məlumatları əsasında aparılan hesablamalara görə, ən çox şampun Azərbaycana Türkiyədən idxal olunub. Belə ki, hesabat dövründə qonşu ölkədən Azərbaycana 7,531 mln. dollar dəyərində 4 178,28 ton şampun gətirilib.
İdxal bazarının ikinci pilləsində qərarlaşan Rusiyadan isə 4,113 mln. dollarlıq 1421,79 ton şampun tədarük olunub. Azərbaycana üçüncü ən çox şampun ixrac edən ölkə isə Rumıniya olub. Sözügedən ölkədən Azərbaycana 5,553 mln. dollar dəyərində 1 250,45 ton şampun göndərilib.
apa.az