Ölkəmizin ilk supermarket şəbəkələrindən olan Bizim Market yeni mağazasını müştərilərin ixtiyarına verib. Bakıxanov qəsəbəsi, Sakit Qocayev 23 ünvanında yerləşən mağazada bütün növ qida məhsulları, təmizləyici vasitələrlə yanaşı, ev əşyaları, uşaq aləmi və kiçik məişət texnikası kimi məhsullar da satılır.
29 oktyabrdan müştərilərin ixtiyarına verilən mağazada 3 gün ərzində – 29-31 oktyabr tarixində yüzlərlə məhsula 60%-dək endirim kampaniyası keçirilir. Kampaniyada bütün kateqoriyalardan ibarət məhsullar endirimdə olacaq.
Toplam 2050 kvadrat metrdən ibarət olan mağaza Bizim Marketin hazırda mövcud olan sayca 14-cü mağazasıdır. Qeyd edək ki, Bizim Market Bakı Və Xırdalan ərazisində müştərilərə xidmət göstərən, öz loyal müştəriləri olan supermarketlərə sahibdir.
22 ildir müştərilərin xidmətində olan Bizim Market il Sonuna qədər Bizim Marketin 7-ci mikrorayon və Neftçilər Metrosu yaxınlığında olmaqla daha iki mağazası müştərilərin ixtiyarına veriləcək.