Kanadada yerləşən “Alimentation Couche-Tard” şirkətinə məxsus supermarket şəbəkəsi “Circle K”, Fransız supermarket şəbəkəsi olan “Carrefour SA” ilə Kanada firması üçün böyük bir strategiya dəyişikliyini təmsil edəcək müqavilə imzalamağa hazırlaşır.
“Carrefour”un hissələri bu il 10% artaraq şirkətin 15,4 milyard dollar kapitallaşmasına səbəb oldu. “Couche-Tard” səhmləri isə 2,2% azaldı və 36 milyard dollar dəyərinə gəldi.
“Couche-Tard”ın hədəfi əvvəllər supermarketlər deyil, daha çox adi marketlər və yanacaqdoldurma məntəqələri olmuşdur. 2001-ci ildə ABŞ-da, 2012-ci ildə Avropada fəaliyyətə başlamamışdan əvvəl şirkət, rəqiblər qazanaraq öz imperatorluğunu qurdu. Pandemiya dövründə isə yeni qərarlar almağa başladı.
“Carrefour” ilə bağlanacaq olan bu müqavilə, şirkətin 2800-dən çox supermarket və 703 böyük formata sahib olan hipermarketin olduğu Avropadakı, Argentina və Brazilyada mağazalara sahib olan Latın Amerikadakı varlığını da genişləndirəcəkdir.
Dünya miqyasında 320.000-dən çox işçisi olan “Carrefour” Fransada ən çox işçisi olan özəl şirkətdir.