“Coca-Cola” şirkətinin Azərbaycanda 2-ci istehsal müəssisəsi İsmayıllı rayonunun Topçu kəndində tikəcək.
Rayon rəhbəri çıxış edərək bildirib ki, Topçu kəndində yeni istehsal müəssisəsinin – “Coca-Cola” zavodunun tikintisinə başlanılacaq. Qeyd edib ki, məşğulluğun, eləcə də rayonun inkişafına təkan verən bir çox məqsədlərlə həyata keçiriləcək bu layihə kənddə də işsizliyin aradan qaldırlmasına səbəb olacaqdır. Layihə çərçivəsində 900 nəfərə yaxın iş yerinin açılmasının nəzərdə tutulduğunu kənd camaatının diqqətinə çatdırıb.
Xatırladaq ki, 01 fevral 2021-ci il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə “Azərbaycan Coca-Cola Bottlers Limited” MMC arasında yeni zavodun tikintisi barədə Anlaşma Memorandumu imzalanıb.
Anlaşma Memorandumu imzalanan vaxt bildirilmişdi ki, 30 milyon ABŞ dollarından çox sərmayə qoyuluşunu nəzərdə tutan investisiya planına əsasən, “Azərbaycan Coca-Cola Bottlers” MMC İsmayıllı, Oğuz və ya Qəbələ rayonlarının birində beynəlxalq keyfiyyət və təhlükəsizlik standartlarına cavab verən yeni istehsal zavodu quracaq.
Mənbə:Marja.az