Dünyanın ən tanınmış markalarından biri olan Coca-cola, bu çətin dövrdə özünün “Holidays are coming” və “The Letter” adlı Milad layihələrini birləşdirərək çəkdiyi reklamla ən təsirli reklamçı halına gəldi və bu yolda digər markaları geridə qoydu.
Marketinq ekspertlərinin rəylərinə görə “Holidays are coming” şüarından gələn nostaljilik və “The Letter” şüarından gələn səmimi sevgi hisslərinin birləşməsi bu Milad Coca-colanın marketinq fəaliyyətini xeyli artırdı.
Coca-colanın Böyük Britaniya və İrlandiya üzrə marketinq direktoru Kris Robbens Marketing Weeks-ə verdiyi açıqlamada bunun sadəcə Oscar mükafatlı rejissor işi olmadığını həm istehsal, həm də reklamın tamamilə praktik olaraq hazırlanmasında böyük bir səy olduğunu və bu işdə uğur əldə etdiyi üçün çox qürurlu olduğunu söylədi.
www.marketingweek.com