Dünyanın ən böyük alkoqolsuz içki istehsalçısı olan “Coca-Cola” şirkətinin 2021-ci ilin ikinci rübündə xalis mənfəəti 48 faiz artıb.
Bunu şirkətin baş direktoru Ceyms Kuinsi deyib.
C.Kuinsi bildirib: “İkinci rüb üzrə nəticələr bizim biznesin bütövlükdə iqtisadiyyatdan daha sürətli bərpa olunduğunu göstərir”.
“Coca-Cola”nın iyulun 2-si sona çatan rübdə xalis mənfəəti 2,641 milyard dollar təşkil edib. Ötən ilin anoloji dövründə xalis mənfəət 1,779 milyard dollar təşkil etmişdi
Mənbə:Fins.az