2020-ci il hamı üçün çox çətin oldu. Xüsusilə pandemiya dövründə həkimlər, tibb bacıları, müəllimlər, kuryerlər çox böyük yük altında idilər və canla-başla mübarizə aparırdılar. “Coca-cola” da bu qəhrəmanlara təşəkkür etməyin bir yolunu tapdı və həmin şəxslərə özəl şüşələr istehsal etdi. Şirkət bu dövrdə xidmət göstərən insanlar üçün 40-dan çox fərqli adda “Share a Coke” adlı kampaniyası ilə işə başladı. Bu təşəbbüs eyni zamanda markanın miladla birliyinin 100 illiyini qeyd edir və istehlakçıların son 1 ildə qarşılaşdıqları çətinlikləri təmsil edir.
Digər tərəfdən isə “Open to better” adlı kampaniyası ilə konserv qutularında da dəyişiklik etmək istəyən “Coca-cola” qutuların üzərində içini insanların doldura biləcəyi boşluqlar olan cümlələr yazıb. Ümumi cümlələrin seçilməsi üçün isə “Coca-cola” bir yarışma keçirir. “Coca-cola” və münsiflər tərəfindən seçilən cümlələr markanın marketinq kampaniyalarında istifadə olunacaq və dizaynları seçilən insanlara hər parça üçün 3340 dollar ödəniş olunacaq. Yarışmanın nəticəsi 27 yanvar 2021-ci ildə elan olunacaq.