“Azərsun Holdiq”ə daxil olan “Azərbaycan Duz İstehsalat Birliyi” və “Sun Food” şirkətləri əsassız qiymət artırdıqlarına və rəqabət qaydalarını pozduqlarına görə dövlət büdcəsinə 1 milyon 258 min 447 manat ödəməlidirlər.
“Azərbaycan Duz İstehsalat Birliyi” QSC tərəfindən istehsal edilən və “Sun Food” MMC tərəfindən daxili bazarda satılan duz məhsullarının qiymətlərində müşahidə olunan dəyişikliklər Dövlət Xidməti tərəfindən təhlil edilib.
Təhlil nəticələrinə əsasən, duz məhsullarının topdan satışını qanunvericiliyin tələblərini pozmaqla həyata keçirdiyi üçün “Azərbaycan Duz İstehsalat Birliyi” QSC-yə qeyri-qanuni fəaliyyət nəticəsində əldə etdiyi 690 min 473 manat məbləğində, Sun Food” MMC-yə isə 567 min 974 manat məbləğində mənfəətin dövlət büdcəsinə ödənilməsi barədə göstəriş verilib.
Qeyd edək ki, “Azərbaycan Duz İstehsalat Birliyi” QSC və “Sun Food” MMC şirkətləri “Azərsun Holdiq”ə daxildir.
Mənbə: Marja.az