Dünyaca məşhur qlobal marka olan “Danone” markasına məxsus Fransız su markası “Evian”, 100% geri dönüşdürülə bilən məhsullardan hazırlanan etiketsiz su şüşələrini tanıtdı.
Bu məhsulların üzərində plastik və yapışqan istifadəsini ləğv etmək üçün etiketdən istifadə olunmur. “Evian”, 2025-ci ilə qədər bütün şüşələrini 100% geri dönüşdürülə bilən plastikdən hazırlamağı planlaşdırır. Şüşələrin üzərində xüsusi hazırlanmış loqo isə etiketi əvəzləyir.
Sadəcə Fransada deyil, Amerikada da satışı həyata keçəcək olan 500 ml ölçüsündə istehsal olunan bu şüşələrin müəllifi dünyaca məşhur tanınmış dizayner Virgil Ablohdur.