Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Gürcüstana 4,41 milyon ABŞ dolları dəyərində 716,04 ton çay ixrac edib.
Bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən məlumat bildirilib.
Məlumata əsasən, illik müqayisədə məhsulun həcmi 71,5 ton və yaxud 11% artıb.
Yanvar-noyabrda Azərbaycana qonşu ölkədən 1,84 milyon ABŞ dolları dəyərində 263,24 ton çay idxal olunub ki, bu da ötən ilin eyni göstəricisindən 46,14 ton və yaxud 21,2% çoxdur.
report.az