Bildiyimiz kimi pandemiya bütün həyat tərzimizi dəyişdi və sirr deyil ki, hamımız bu dövrdə daha rahat yaşamaq üçün fədakarlıq etməliyik. Korona virus istifadə etdiyimiz bu onlayn dünyanı daha da inkişaf etdirdi. İnsanların istər ərzaq məhsulları satan mağazalardan, istər restoranlardan və ya başqa xidmətlərdən onlayn istifadə edə bilmələri üçün bir sıra yeni yollar yarandı.
Dünyaca məşhur qlobal marka olan “Nescafé” də bu yolda bir addım atdı və müştərilərin bir çox sahədə daha rahat onlayn alış-veriş edə bilmələri üçün “Last Mile” (Son Mil) çatdırılma xidməti ilə ortaq oldu.
Şirkət qeyd edir ki, bu çatdırılma xidməti pandemiya dövründə yaranan xidmətlərdən biridir və bu dövr bitdikdən sonra da normal qaydada fəaliyyət göstərəcəkdir. Bu xidmət vasitəsilə məhsullar müştərilərə 2 saat ərzində və ya ünvandan asılı olaraq 30 dəqiqə müddətinə çatdırılır. İnsanlar burada öz poçt kodları vasitəsilə yaşadıqları ərazilərə yaxın restoranlardan, marketlərdən alış-veriş edə bilirlər.
Markanın ən çox sevilən və istifadə olunan “NESCAFÉ ORIGINAL”, “NESCAFÉ GOLD BLEND”, “NESCAFÉ AZERA” amerikano məhsullarını bu tətbiqdən istifadə edərək sifariş etmək olar.