Nestle il sonuna qədər KitKat brendi adı altında veqan mənşəli şokoladlarının istehsalına başlayacağını bildirib. Brendin adı “KitKat V” olaraq bazara çıxacaq. Şokolad batonunun süd əvəzinə düyü qarışığından istehsal edilməsi üçün şirkət 2 il vaxt sərf etmişdir. Süd tərkibli şokolada alternativ şokolad çıxarılmasında çətinlik yaradan səbəblərdən biri qaymaq tərkibin alınması üçün kakao və şəkərin qarışımı nəticəsində lazımi tərkibin əldə edilməsi idi. Şirkət təkcə düyü ilə deyil, həm də soya və badam ilə də, təcrübələr aparmışdır.
“Bitki mənşəli məhsullara tələb hər yerdə artır” deyə Nestle qənnadı biznesinin rəhbəri Aleksandr fon Mayo bildirmişdir.- “KitKat günümüzün ən böyük və ən qlobal markası olduğu üçün bu məntiqi seçimdi.”
Əvvəlcə “KitKat V” şokoladları onlayn olaraq və İngiltərə də daxil olmaqla seçilmiş ölkələrin seçilmiş mağazalarında satışa təqdim ediləcək. Gələcəkdə şirkət istehsalını genişləndirməyi planlaşdırır.