Dünyanın ən böyük qida və içki şirkətlərindən biri olan “PepsiCo”, pandemiya səbəbiylə dəyişən iş rejimini korporativ mədəniyyətə çevirməyə hazırlaşır. “Sən haradasansa, PepsiCo oradadır” şüarı ilə yola çıxan marka, ilk olaraq Türkiyədə tətbiq olunacaq “hibrit” iş modelini təqdim etdi.
“İş metodu”, “Hüquqlar” və “Özünü hiss etmək” kimi 3 əsas başlıq altında işlənmiş iş qaydasında işçilərin iş və şəxsi həyatı tarazlanarkən səmərəli iş saatları da nəzərə alınır.
“PepsiCo”nun illərdir həm dünyada, həm də Türkiyədə çevik bir iş modelini müvəffəqiyyətlə tətbiq etdiyini ifadə edən, Türkiyədə şirkətin baş direktoru olan Ece Aksel, yeni qurulan sistemlə ofisi, yaradıcılıqlarını önə çıxaran, birlikdə işləməyi dəstəkləyən və xüsusi bayramları birlikdə qeyd edəcəkləri bir yerə çevirəcəklərini söyləyir. O qeyd edir ki, bu yolla ofis artıq hər gün gəlmək məcburiyyətində olduqları bir yerdən əlavə daha məqsədli istifadə sahəsinə çevriləcəkdir. Aksel, pandemiyadan əvvəl də iş rejimində bəzi dəyişiklər olmalı olduğunu müşahidə etdiyini bildirir.
“PepsiCo” Türkiyə, pandemiya dövründə uzaqdan işlədikləri zaman işə gediş-gəliş vaxtı ilə yanaşı 600.000 l yanacaq, 13.600 kw elektrik, 3.600 m3 suya qənaət etdiklərini dilə gətirdi.
Aksel son olaraq yeni “hibrit” modelin vaxtın idarə olunmasında, məhsuldarlığın artmasında, hədəflərin davamlı olmasında və işçilərin motivasiyasında çox böyük rol oynacayağını qeyd edir.