“Pepsi”, “Cocoa cola” adlı yeni içkisini hazırladı. İçkinin tərkibi kakao, pepsi və zefirdən ibarətdir. Şirkət bu yeni məhsulu karantin dövründən ilhamlanaraq hazırladığını bildirib.
İstehsalçılar daha çox gəlir əldə etmək üçün sosial media kampaniyalarının gücünə çox güvənirlər. “Pepsi” qış üçün hazırladığı kakao aromalı bu yeni içkisini ən böyük rəqibi “Coca-cola”ya mesaj olaraq “Cocoa cola” adlandırdı.
Şirkətin marketinq üzrə vitse-prezidenti Todd Kaplan, qış mövsümündə ağıla gələn ilk şeyin isti qəhvə olduğunu, lakin bu ilin fərqliliyini yeni məhsulda vurğulamağın daha münasib olduğunu bildirib.
“Pepsi”nin indiki hədəfi twitter hesabında yeni il paylaşımlarının sayının 2021-ə çatdığı an məhsulların bir qisminin təqdim olunacağını bildirərək müştərilərdə maraq yaratmaqdır.