Marketinqin ən maraqlı təşviqat metodlarındandır. “Shopper marketing”in hədəfi – ticarət nöqtələrinə gələn müştəriləri alıcıya çevirməkdir. Belə ki, vitrin yaxınlığında olan ziyarətçini məhsulu almağa təşviq etməlidir. 20-ci əsrin 80-ci illərindən etibarən “Trade marketing” (ticari marketinq) inkişaf etməyə başladı. Şirkətlər başa düşdülər ki, müştərilərə yaxın düşmək və uğur qazanmaq üçün pul xərcləməlidirlər. Beləliklə də pərakəndəçilikdə bir trend başlandı. Şirkətlər pərakəndəçilərə pul ödəməklə öz brendlərini piştaxtalara yerləşdirirdilər. 1990-cı ildən isə başlayaraq, brendlər arasında başlayan mübarizələrin təsirindən məhsulların kateqoriyalara görə idarə olunmaları dövrü başlandı. “Shopper marketing” metodundan ən geniş istifadə edən şirkətlərdən biri “P&G” şirkətidir. Şirkət illik 500 milyon dollar büdcə ayırır. Ümumi statistika göstərir ki, şirkətlərin “shopper marketing”ə ayırdıqları büdcələri hər il ortalama 21% təşkil edir. 2010-cu ildə isə ABŞ-da “Shopper marketing”ə ayrılan yatırım 35 milyard dollar təşkil etmişdir. Bəs bu şirkətlərə nə verir? Şirkətlər bu yolla hədəf kütlələrinin, ticarət nöqtələrindəki bütün davranışlarını, onlar barəsində bir çox məlumatları, onların istək və arzularını, sistemli şəkildə izləmək imkanlarını əldə edirlər. Ümumiyyətlə qlobal şirkətlər öz statiskalarını məhz “shopper marketing” sayəsində əldə edə bilirlər. “Shopper marketing” vasitəsi ilə istehlakçıların qərarlarına təsir edən amillər statistika şəkilində aşağıdakı kimi müəyyən olunmuşdur:
Ticarət nöqtələrində marka alışı – 44%
İmpulsiv alışlar – 68%
5 müxtəlif kanaldan istifadə edən müştərilər. Belə ki, alış – verişə çıxanlar, ehtiyaclarını başqa – başqa mağazalardan alışlar edərək ödəyənlər – 73%
Ehtiyacları olan məhsulları vitrində tapmasalar, ticarət nöqtəsini əli boş tərk edənlər – 58%
Məhsulun hansı ölkədə istehsal olunduğuna fikir verməyənlər – 54%
100% olaraq brendə sadiq qalanlar – 5%
Demək olar ki, “shopper marketing” metodu günümüzdə də aktualdır və həmkarlar bu istiqamətdə müştəri etibarını qazana bilmək üçün cəhdlərini əsirgəmirlər. Əgər siz də mağazalarda və ya hardasa özünüzdən asılı olmadan, planlaşdırılmamış alışlar edirsinizsə, deməli siz “shopper marketing”in tələsinə düşmüsünüz.
Famil F. Alməmmədov
Marketinq & Satış üzrə Peşəkar