“The Prusik Group”, “BRP Companies”, “L+M Development Partners” və “Taconic Partners” 6 yanvar 2021 tarixində “Trader Joe’s” ilə 28.000 kvadrat metrlik bir mağaza üçün icarə müqaviləsi bağladıqlarını söylədilər. Müəssisədə “National Urban League” və “The Urban Civil Rights Experience Museum” üçün yeni qərargah və konfrans mərkəzi yerləşəcək. Hansı ki bu, New York əyalətinin ilk mülki hüquqları muzeyi olacaq.
“Trader Joe’s” şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsinin direktoru Kenya Friend-Daniel, bu işin bir parçası olduqları üçün çox məmnun olduqlarını və “Trader Joe’s” mağazasının insanların alış-veriş etməsi üçün güvənli və səmimi bir məkan olduğunu qeyd edir. Eyni zamanda mədəniyyət mərkəzi olan “Harlem”də xidmətə başlamağı səbirsizliklə gözlədiklərini, yeni və müxtəlif məhəllələrdə də daha çox mağaza açmağı planlaşdırdıqlarını söyləyir.
Beyer Blinder Belle tərəfindən hazırlanan layihənin 2023-cü ildə tamamlanması gözlənilir.