Dünyada tanınmış marka olan “Unilever” markasının idarə heyəti iqlim dəyişikliyi ilə bağlı fəaliyyət planını səhmdarların qarşısına qoymaq, şirkətin iddialı emissiyalarının azaldılması hədəflərinə nail olmaq üçün səhmdarlarının könüllü səsverməsini istədiyini qeyd edib.
Bu planda şirkətin fəaliyyətindəki emissiyaların azaldılması üçün yeni strategiyalar müəyyənləşdiriləcək, həmçinin şirkətin riskləri necə idarə etdiyi, istehlakçıların iqlim dəyişikliyi ilə əlaqəli öz ehtiyaclarını necə qarşılayacağı kimi mövzular öz həllini tapacaq.
İlk dəfədir ki, böyük bir qlobal şirkət yeni iqlimə keçid planlarını səhmdarların səsverməsi qarşısına qoymağı könüllü olaraq öz öhdəsinə götürür. Şirkətin əsas məqsədi bu artan şəffaflığın və hesabatlılığın səhmdarlarla dialoqu gücləndirmək və digər şirkətləri də bundan nümunə götürməyə təşviq etməkdir.
Qarşısına qoyduğu hədəflərə çatmaq üçün şirkət, mənbəyi olduğu xammalın karbondan təmizlənməsi, əməliyyatların 100% bərpa olunan enerjiyə keçidinin tamamlanması, meşələrin kəsilməsinin aradan qaldırılması proseslərini yerinə yetirməlidir. 2039-cu ilədək “Unilever” yüksək keyfiyyətli karbon təmizlənməsi kreditləri tələb edəcəkdir.
Baş direktor Alan Jope, iqlim dəyişikliyinin dövrümüzün ən aktual mövzusu olduğunu və sıfır karbon iqtisadiyyatına keçidin sürətləndirilməsində lider olmağa qərarlı olduqlarını qeyd edir.
“Unilever” bu planı barədə geniş məlumatı 2021-ci ildə bölüşəcəkdir.