Ötən illər bəzi şirkətlər işçiləri ilə birlikdə həftədə 4 günlük iş rejimini sınaqdan keçirmişdi. Bu il də istehlak malları istehsal edən, qlobal marka olan “Unilever” bu sistemi yoxlamağa qərar verdi.
Şirkət keçən həftə Yeni Zelandiyadakı işçiləri üçün həftədə 4 günlük iş modelini sınaqdan keçirəcəyini açıqladı. Yeni Zelandiyadakı ofislərdə işləyən 81 işçinin gələn ilin dekabr ayına qədər davam edəcək bu sınaq müddətinə qatıla biləcəyini, əlavə olaraq həmin işçilərin maaşlarında heç bir dəyişikliyin olmayacağını və maaşlarını eyni qaydada alacaqlarını bildirib.
“Unilever” Yeni Zelandiya baş direktor Nick Bangs, əsas məqsədin günləri qısaldıb iş saatlarını uzatmaq deyil, ümumi işin tərzini dəyişdirmək olduğunu söylədi.
12 aylıq sınaq müddətindən sonra işin nəticəsindən asılı olaraq “Unilever”, geridə qalan 155000 işçisi üçün də bu sistemə keçid edəcək.