Dəyərli izləyicilərimiz, müsahibimiz yeni tum markasının İcraçı direktoru Zamiq Əliyevdir.
Zamiq bəy ilk növbədə markanız xeyirli və uzun ömürlü olmasını arzu edirik.
İstərdim ilk növbədə izləyicilərimizə ÇITIR markası, təsərrüfat və məhsullar haqqında qısa bir məlumat verəsiniz.
Zamiq bəy: Mən də fmcg.az komandasına təşəkkür edirəm ki, bizim markamız haqqında istehlakçıları məlumatlandırılmasını edirlər.
İstehsal müəsisəsi Bakı şəhərində yerləşir. Tumların adı kimi Çıtır olmağı üçün ən müasir texnoloji avadanlıqlarla istehsal prosesi həyata keçirilir.
Adından da göründüyü kimi əsas məqsədimiz, məhsulun hər zaman təzə ,dadlı və iri dənəli olmasına nail olub, davamlılığı hər zaman qorumaqdır. İnsanlar üçün söhbətləri, filmləri, futbol oyunlarını, ümumilikdə bütün istirahət və əyləncələrini daha dadlı etməyi özümüzə missiya seçmişik.
Bildiyiniz kimi, ən dadlı günəbaxan tumları Rusiyanın Krasnodar bölgəsində yetişir.Bunun üçün Krasnodardan ən keyfiyyətli tumları əldə edirik. Ümumilikdə hal hazırda səkkiz çeşid məhsul mövcuddur. Bunlar Qara sadə tumlar,qara duzlu tumlar və ağ tumlardır.
*Marka üzünün seçilməsi və marketinq planlar
İstehsalla bərabər markamızın tanımlığı , müştəri mərkəzli olmağı, istehlakçının istək və tələblərinə uyğun mövqelənməsi marketing planlarımızın əsas hədəfidir. Bununla yanaşı Marka simalarımız uzun illərdir insanların sevimli aktyorları olan, bu illər ərizndə özlərinə kifayət qədər güclü-müsbət reputasiya yaratmış “ Bu Şəhərdə” aktyorları Rafael və Coşqundur. Əminik ki,bu əməkdaşlıq Çıtır markasının kommunikasiyasına çox müsbət təsir edir və gələcəkdə daha böyük layihələrlə çox çox daha uğurlu nəticələr əldə ediləcək.
*Bazarda mövqeyi və gələcək planlar
Gələcəyə dair planlarımız isə çərəz və suxari istiqamətlərində çeşidləri artırmaqdır.
Ölkəmizdə günəbaxan tumu istehlakı nəzərə çarpacaq qədər böyükdür, bu da öz növbəsində ciddi rəqabəti təşviq edir.Lakin bazar analizi göstərir ki, hələ də uğurlu nəticələr əldə edə bilmək üçün böyük “ Room” lar var. Hədəfimiz bazarı izləyərək orqanik formada mövqeyimizi möhkəmləndirmək və zamanla keyfiyyətimizi ən yüksək səviyyədə qoruyub saxlamaqla, günəbaxan tumu və çərəz istehsalçısı kimi bazar liderinə çevrilməkdir.
Bir daha Zamiq bəy sizə və komandanıza uğurlar arzu edirik.