İş gününün ilk 3 saatını niyə qorumalı?
Baş aşbazdan nəyi öyrənməliyik?
1. Aşbaz kimi hərəkət edin! Görəsən biznesə aşbazın aidiyyatı varmı? Əlbəttə var. Aşbazın işə necə başladığını görmüsünüzmü?! Əvvəlcə bütün əşyaları yerlərinə qoyur, iş dəzgahını iş prosesinə hazırlayır, lazım olan hər şeyi qarşısına düzür və alətləri əl çatan yerdə yerləşdirir. Yalnız bütün bu işlər bitdikdən sonra o əsas fəaliyyətinə başlayır. Əgər sizdə yüksək effektivlik əldə etmək istəyirsinizsə? İşə başlamazdan əvvəl bir neçə dəqiqə iş masanızın hazırlanmasına, səliqə səhamana və günün planlamasına sərf edin.
Eləcə də supervayzer öz işini gün ərzində elə təşkil etməlidir ki, satış nümayəndələri üçün sistemli satışı planlamalı, marşrut üzrə hədəfləri müəyyən etməli, satış nümayəndəsi ilə ərazi ziyarətinin planını qurmalı, marşrutlar üzrə gündəlik göstəriciləri nəzarətdə saxlamalıdır ki, günün sonunda satış nümayəndələrinin işinin effektivliyini dəyərləndirmə imkanını əldə edə bilsin.
2. “QAĞAYI sayı”na diqqət yetirmək. Bu nə deməkdir? Bu nəzəriyyəən çox dənizçilər arasında populyarlıq qazanıb: əgər onlar dənizdə bir qağayı görüblərsə, deməli quru yer yaxındadır, qağayı sayı artdıqca, quru torpağı da tapmaq şansı artır. Buna görə də, əgər sizə kimsə satış sistemi dəyişməlidi deyirsə- hmmm baxarıq…. Əgər bunu iki dəfə deyirlərsə- bu artıq maraqlıdır… Əgər üç dəfə deyirlərsə – deməli burada nə isə var. Düşünmək lazımdır. Elə buna görə də “Qağayı” sayına diqqət yetirməkdə fayda var. Onlar sizə düzgün yolu mütləq göstərəcəklər.
3. İş gününün ilk 3 saatını qoruyun! Psixoloqların qənaətlərinə görə günün ən effektiv vaxtı ilk 3 saatdır. Bu vaxt iş planlaması, maraqlı ideyalar və problemlərdən çıxış yolları tapmaq üçün ən ideal vaxtdır.
4. “Tüklü əl fəndi”. Bu fənd müştəri ilə və ya rəis ilə layihəni daha tez razılaşdırmağa imkan verir. İlk dəfə bunu biznes-konsultant Lourens Sen izah etmişdir. Onun dostu Co şəkil çəkdikdə son versiyaya onun tüklü əli olan şəkli əlavə edirdi. Sifarişçi də ilk olaraq buna öz narazılığını bildiridi. Co üzr istəyərək onu mütləq siləcəyini deyir və müştəridən digər elementlərə aid fikirlərini soruşurdu. Əksər hallarda müştər “Hə” cavabını verirdi.
Personala dəyişikliklər haqqında məlumat verdikdə öz müraciətinizə elə bir şey əlavə edin ki, ona qarşı işçilər maksimal narazılığını bildirsin. Bu metod sizə məlumatı daha effektiv istifadə etmək imkanı verəcək. Siz o tapşırığı ləğv edən kimi işçilər daha rahat şəkildə digər dəyişiklikləri qəbul edəcəklər.
Misal. Personala deyin ki, pərakəndə ilə daha dəqiq sistemli işi planlayırsınız. Bütün sifarişlər yalnız marşrut üzrə, ödəniş marşrut günündə tam həcmdə olmalı, və əlavə edin: ödəniş şərtində möhlət müddəti 14 gündən 7 günə azalır. Sözsüz ki, personal mümkün qədər ödəniş qaydasının dəyişməsinə narazılıq edəcək. Bu göstəricini ləğv edin və digər dəyişiklikləri personal daha rahat şəkildə icra etməyə başlayacaqlar.
5. Özünüzə investisiya edin. Henri Ford demişdi: “qocalar cavanlara “kənara” pul atmağı tövsiyə edirlər. Bu pis məsləhətdi. Mən 40 yaşına kimi, “kənara” bir dollarda atmırdım. Əlimdə olanları öz təhsilimə yatırırdım” Öz təhsilinizə və bacarıqlarınızı artıran şeylərə pul xərcləyin. Təlimlərə, Master klasslara qatılın. Özünüzə yatırılan vəsait mütləq özünü doğruldacaqdır buna əmin ola bilərsiniz.
Hörmətlə,
Samir Eyyubov