Azərbaycanda Biometrik ödənişin həyata keçirilməsi üzrə ilk rəsmi lisenziyanı almış şirkət olaraq “SmilePay” ölkəmizdə yaradılıb və yerli proqramçılar tərəfindən yazılaraq ərsəyə gətirilmiş bir layihədir!
Qabaqcıl üz tanıma texnologiyasından istifadə edən SmilePay layihəsinin əsas məqsədi pərakəndə satış mərkəzləri və e-Ticarət sahələrində üz tanıma texnologiyalarının tətbiq olunmasıdır. Üz tanıma texnologiyası ödəniş prosesini bir addım irəli aparır və bunun sayəsində əməliyyatlar daha sürətli və daha təhlükəsiz həyata keçirilir.
SmilePay – qabaqcıl üz tanıma texnologiyasından istifadə edən yenilikçi bir biometrik ödəniş həllidir. Bu tətbiq sayəsində ilə artıq siz kassada növbə gözləmədən rahat ödənişlərinizi üzünüz ilə edə bilərsiniz. Bunun üçün sadəcə tətbiqi yükləyib, qeydiyyatdan keçin. Üzünüzü skan etdikdən sonra kartınızı əlavə edin və artıq ödənişlərinizi edə bilərsiniz.
Bunun üçün 0.2 saniyə müddətində video çəkiliş aparılaraq üz tanıma sisteminə yönləndirilir, ilkin təhlükəsizlik yoxlanışlarını keçdikdən sonra isə üz tanıma prosesi tamamlanır.
Üz tanıma təsdiqləndikdən sonra hesabınızda olan kart məlumatları əsasında ödəniş üçün sorğu göndərilir. Uğurlu ödəniş başa çatdıqda kassa aparatına ödənişlə bağlı müvafiq məlumat göndərilir.
İstifadəçilərin şəxsi məlumatlarının təhlükəsizliyinin təmin edilməsi üçün verilən bütün konfidensial məlumatlar ölkə daxilində ən yüksək standartlara cavab verən serverlərdə saxlanılır.
Qeyd edək ki, ilkin olaraq SmilePay tətbiqi artıq Bravo Supermarketlər şəbəkəsində keçərli olacaqdır. Ödənişlərinizi SmilePay vasitəsilə Bravo marketlərində həyata keçirə biləcəksiniz.
SmilePay tətbiqini yükləməklə siz həmçinin ilk 3 ödənişdən sonra bonus qazanmaq şansı əldə edirsiniz. Eyni zamanda dostlarınızı da dəvət edərək əlavə bonuslar qazanacaqsınız.
Gələcəyin ödəniş üsulunu bizimlə kəşf edin!