Françayzinq, kommersiya münasibətləri növü (fr. franchir, «azad etmək») — bazar subyektləri arasında münasibətlər növü, bir tərəf (françayzer) digər tərəfə (françayzi) müəyyən haqqa (royalti) öz biznez-modeli əsasnda özünə məxsus biznes növü ilə məşğul olmağa icazə verir. Françayzinq – digərinin haqq əsasında kiminsə əmtəə nişanından istifadə edilməsinə rəsmi icazədir.
Hamının başa düşə biləcəyi şəkildə desək françayzinq – bir kompaniya tərəfindən (françayzer) digər bir kompaniyaya (françayziyə) biznesin idarə edilməsi ilə bağlı patentləşdirilmiş ideyanın, biliklərin, brenddən istifadə hüququnun, biznesin idarə edilməsi metodikasının, marketinq və reklam strategiyasının, həmçinin lazımı xüsusi avadanlıqların verilməsidir, bunun müqabilində alıcı kompaniya (yəni françayzi) mütəmadi olaraq ödənişlər həyata keçirir.