Amerikada və Kanadada xidmət göstərən məşhur onlayn çatdırılma şirkəti “Instacart” və qlobal supermarket şəbəkəsi olan “Aldi”, “Supplemental Nutrition Assistance Program” (yardım proqramı) elektron müavinət köçürmələri (EBT) 1500-dən çox mağazalarında tətbiq etdilər. Bu sistem “instacart” çatdırılması və sifarişləri üçün cümə günündən etibarən 23-dən çox əyalətdə və Vaşinqtonda yerləşən “Aldi” mağazalarında fəaliyyətə başladı. Şirkətlər oktyabr ayının sonunda ortaqlıqlarını elan etmişdilər və sistemin noyabrda “Georgia” ştatında yerləşən 60-dan çox “Aldi” mağazasına, dekabrda isə Kaliforniya, Florida, Teksas və digər şəhərlərdə yerləşən 570-dən çox “Aldi” mağazasına tətbiq olunacağını bildirmişdilər.
Inteqrasiya olunmuş yeni imkanla müştərilər mağazadan təzə qida və ərzaq məhsullarını “instacart” onlayn səhifəsindən və ya mobil tətbiq vasitəsilə sifariş edərək elə həmin gün əldə edə bilərlər. “Instacart” profilini qurduqdan sonra müştərilər “EBT” qida kart məlumatlarını ödəmə forması kimi daxil edirlər. Qeyri-ərzaq malları üçün də (vergilər, digər ödənişlər, məsləhətlər və.s) ikinci bir ödəniş forması mövcuddur.
Virtual alış-veriş arabalarını doldurduqdan sonra “instacart” şəxsi alıcıları müştərilərin sifarişlərini götürür, qablaşdırır və təyin olunmuş vaxt çərçivəsində müşərilərə çatdırır. İlk 3 alış-verişdə müştərilərdən çatdırılma haqqı alınmır.
“Instacart”ın pərakəndə satış üzrə vitse-prezidenti Andrew Nodes, pandemiya dövründə belə bir işə imza atdıqları üçün çox məmnun olduqlarını söyləyir və daha çox ailə üçün “EBT SNAP” onlayn ödəmələrini açmaq üçün “Aldi” və “USDA Food and Nutrition Service” (USDA Qida və Qidalanma Xidməti) ilə birlikdə işlər gördüklərini qeyd edir.