Bu ilin yanvar-noyabr aylarında Azərbaycandan 10 934,61 min ABŞ dolları dəyərində alkoqollu və alkoqolsuz içkilər və sirkə ixrac olunub.
Dövlət Gömrük Komitəsinin göstəriciləri əsasında aparılan hesablamalara görə, ixracın dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə 51,6% azalıb.
Cari ilin 11 ayında qeyd olunan məhsulların ixracda xüsusi çəkisi 0,08%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 0,67%-ə bərabər olub.