2020-ci ilin yanvar-noyabr aylarında Bakıda ticarət dövriyyəsinin dəyəri 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 0,4 % azalaraq 19 202,8 milyon manat olub.
Bu barədə Dövlət Statistika Komitəsinin Bakı şəhər Statistika Komitəsindən məlumat verilib.
Məlumata görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müfaviq dövrü ilə müqayisədə 8,9 % artaraq 9 752,9 milyon manata çatıb, qeyri-ərzaq məhsullarının dəyəri isə 7,9 % azalaraq 9 449,9 milyon manata düşüb.
İstehlak məhsullarının 31,4 %-i hüquqi şəxs statuslu müəssisələrdə, 51,1 %-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 17,5 %-i isə paytaxtın məhsul bazarlarında satılıb.
report.az