Consulting for Retail (C4R) və BRAVO marketlər şəbəkəsi satış nöqtələrində proseslərin idarə edilməsinin avtomatlaşdırılması sahəsində yeni birgə layihə həyata keçirir.
BRAVO şəbəkəsi yüksək artım templəri nümayiş etdirir və il ərzində 30-40 mağaza açır. Satış məntəqələrinin sayının artması şəbəkənin hər bir mağazasında əməliyyatların effektiv təşkil və idarə olunması ehtiyacını yaradır. Marketlər şəbəkəsi biznes proseslərin optimallaşdırılması və mağaza əməkdaşlarının daha rahat və ticarət nöqtəsindən birbaşa olaraq mallarla işləmək qabiliyyətini təmin edən bir sistem tətbiq etmək qərarına gəldi.
C4R mütəxəssisləri mağaza proseslərinin avtomatlaşdırılması üçün həll yolu kimi Symphony RetailAI şirkətinin innovativ həlli olan Store Mobility sisteminin tətbiqini təklif etdilər.
Tətbiq mağazanın əsas əməliyyatlarının yerinə yetirilməsi üçün tələb olunan əmək yükünü azaldır, məlumatların sürətli və etibarlı mərkəzi sistemə inteqrasiya olunmasını və vahid məlumat bazasına ötürülməsini təmin edir.
Sistem mağazaların üzləşdiyi itki riskləri ilə düzgün işi təşkil etmək imkanı yaradır. Bu, biznesin əsas tələblərindən biridir. Store Mobility tətbiqi şirkətin təyin etdiyi parametrlər əsasında məhsulu təchizatçıya qaytarmaq və ya satışdan çıxarmaq barədə məlumatı istifadəçiyə dərhal ötürür.
Sadə interfeys və intuitiv tətbiq əməliyyat zamanı səhvləri minimuma endirməklə yanaşı, işçilərin təlim xərclərini də azaldır.
“Store Mobility gündəlik proseslərin avtomatlaşdırılması üçün müasir həll yoludur. Mobil tətbiq ticarət nöqtələrinin əməkdaşlarına mallarla işləmək üçün böyük imkanlar yaradır. Bütün mağaza əməliyyatları yalnız əl terminalları ilə aparılır, bunun sayəsində kompüterlərdən və stasionar iş masalarından istifadə etməkdən artıq imtina edə bilərsiniz. Store Mobility tətbiqini özünəməxsus nou-hau adlandırmaq olar. Dünya üzrə yalnız bir neçə iri pərakəndə satış şəbəkəsi ilk olaraq bu növ effektiv alətin tətbiqi ilə fəqrlənə bilər”, – deyə “Consulting for Retail”in Azərbaycan üzrə nümayəndəsi Fərid Mövlazadə bildirib.
Layihə 2021-ci ilin payızının sonunda başlayıb. Bu müddətdə C4R mütəxəssisləri şəbəkə əməkdaşları üçün bir sıra Workshop keçirilmiş və BRAVO ilə birgə pilot mağazalarda tətbiq olunacaq Store Mobility üzrə gələcək prosesləri layihələndiriblər.
İstinad:
Consulting for Retail (C4R) 6 ildən artıq bazarda fəaliyyət göstərən beynəlxalq konsaltinq şirkətidir. Bu müddət ərzində komanda pərakəndə satış, distribusiya və logistika sahəsində 200+ layihə həyata keçirib. Şirkətin müştəriləri arasında 8 ölkədə 27+ iri pərakəndə satış şəbəkəsi var. C4R portfelinə 20-dən çox biznes proseslərinin avtomatlaşdırılması həlləri daxildir. Şirkət İT həlləri üçün konsaltinq, audit, tətbiq və dəstək xidmətləri göstərir.
BRAVO (Azərbaycan Supermarket MMC) Azərbaycanda 2016-cı ildə yaradılmış böyük market və pərakəndə satış şəbəkəsidir. 90-dan çox mağazanı birləşdirir. Market şəbəkəsi öz müştərilərinə geniş çeşiddə təzə ərzaq məhsulları və geniş çeşiddə məişət əşyaları təklif edir.