Co-branding, bir neçə brend adını hər hansı bir məhsul və ya xidmət üzərində effektiv istifadə edən marketinq strategiyasıdır. Digər adıyla brend tərəfdaşlığı kimi tanınan bu strategiya müxtəlif brendlərin əməkdaşlığından ibarətdir. Bu strateji ittifaqda olan hər brend öz xüsusiyyətlərindən müəyyən elementləri qataraq yeni bir birləşdirilmiş brend yaradır. Bunun üçün unikal loqolar, brend identifikatorları və rəng çalarlarından istifadə edilir.
Co-branding-in əsas məqsədi iki brendin bazar gücünü birləşdirmək, brendin məşhurluğunu artırmaq və müsbət birləşmələr yaradaraq müştəriləri daha çox ödəniş etməyə vadar etməkdir. Bu, məhsulların özəl markalar tərəfindən mənimsənilməsinin qarşısını alır.
Co-branding bizneslər üçün faydalı bir strategiyadır. Bu strategiya ilə brend öz müştəri bazasını, qazanclarını, müştəri loyallığını və brendin dəyərini artıra bilər. Müxtəlif biznes tipləri, pərakəndə satıcılar, restoranlar, avtomobil və elektronika istehsalçıları co-branding-dən istifadə edərək brendlərin unikal tərəflərini daha çox üzə çıxara bilirlər. Sadə izahla desək co-branding strategiyası əlavə bazar payı əldə etməyi, gəlir xətlərini artırmağı və müştərilər üçün brend dəyərini artırmağı hədəfləyir.
Co-branding iki və ya daha artıq brendin yeni və xüsusi məhsul üzərində əməkdaşlıq etməsindən yarana bilər. Bundan əlavə kompaniyaların birləşdirilməsi və ya birinin digəri tərəfindən əldə edilməsi nəticəsində də co-branding strategiyası tətbiq edilə bilər. Bu strategiyada yalnız ad və brend birləşmələri yox, həm də istifadə olunan texnologiyaların və təcrübənin bölüşülməsi də co-branding-in bir hissəsi ola bilər.
Co-brand olunmuş məhsul auditoriya baxımından daha limitlidir və mhsulun imici daha spesifikdir. Ona görə də co-branding strategiyasından isifadə edərkən şirkətlər daha diqqətli olmalıdır, çünki bu xeyir gətirdiyi kimi, bəzən zərər də gətirə bilər.
Co-branding strategiyaları
Brendinq və marketinq ekspertlərinə görə, 4 fərqli co-branding strategiyası mövcuddur:
- Bazara nüfuz strategiyası: Mühafizəkar strategiya olub partnyor şirkətlərin bazar payını və brend adlarını qorumağa yönəlir.
- Qlobal brend strategiyası: Bütün müştərilərə tək bir qlobal ortaq marka ilə xidmət edir.
- Brendi möhkəmləndirmə strategiyası: Yeni brend adından istifadə olunur.
- Brend genişləndirmə strategiyası: Yeni ortaq markanın yaradılması və yeni bazarda istifadə olunması.
Co-branding və Co-marketing fərqləri
Co-brending və co-marketing oxşar konseptlərdir və brendlər arasında marketinq tədbirlərinin inkişaf etdirilməsi üçün əməkdaşlıqdır. Amma bu iki strategiyanın tətbiqində müəyyən fərqlər var. Co-marketing, co-branding-dən fərqli olaraq, yeni bir məhsulun və ya xidmətin yaradılmasına təkan vermir. Co-branding isə yeni bir məhsulun və ya xidmətin yaradılması ilə nəticələnir.
Məhşur co-branding nümunələri
- “Nike+” – Nike Inc və Apple Inc-nin iş birliyi ilə atletik mexanizmdı hərəkət izləyici texnologiyanı “iPhone” tətbiqetmələri və “Apple Watch”-la birləşdirildi.
- “Your favorite music, one tap away” – Uber və Pandora Media brendlərinin əməkdaşlığı ilə yaranan xidmət. Bu xidmət vasitəsilə Uber istifadəçiləri səyahət zamanı Pandora pleylistlərindən istifadə edə bilirlər.
- “Taco Bell’s Doritos Locos Tacos” – Yum! Brands, Inc. və Frito-Lay, Inc. tərəfindən yaradılmış xüsusi qida.