DISTRIBUTION CHANNEL – Bir mal və ya xidmətin son alıcıya və ya son istehlakçıya çatana qədər keçdiyi bir iş və ya vasitəçi zənciridir. Bu zəncirə topdan satış edənlər, pərakəndə satıcılar, distribyutorlar, hətta internet də daxil ola bilər.
Mallar və xidmətlər bəzən istehlakçılara qısa və uzun kanalların birləşməsi yolu ilə çoxsaylı kanallar yolu açır. Bir istehlakçının bir mal tapa bilmə yollarının sayının artması satışları da artıra bilər.
Kanallar iki fərqli formaya bölünür: birbaşa (direct) və dolayı (indirect)
Birbaşa kanal istehlakçıya istehsalçıdan alış-veriş etmək imkanı verir. Dolayı kanal isə istehlakçıya malları topdan satış və ya pərakəndə satışdan almaq imkanı verir.
Dolayı kanaldan 3 cür istifadə etmək olar. Birinci metod ən uzun yoldur, çünki istehsalçı, topdan satış, pərakəndə və son istehlakçı anlayışlarının hamısını özündə birləşdirir. Şərab və yetkin insanlar üçün içki istehsal edən sənaye bu uzun paylama kanalının ən gözəl nümunəsidir. Bu sənayedə qadağan olunmuş qanunlara görə məhsul birbaşa pərakəndə satıcıya satıla bilməz. Yəni, qanun məhsulun əvvəlcə topdan satış şirkətinə satılmağını tələb edir. Satıcı daha sonra məhsulu son istehlakçıya satır.
İkinci metodda istehsalçı birbaşa məhsulu son istehlakçıya satan pərakəndə satıcıya satır. Bu o deməkdir ki, burada yalnız bir vasitəçi var. Məsələn, “Dell” öz məhsullarını birbaşa “Best Buy” kimi nüfuzlu pərakəndə satış şirkətlərinə satacaq qədər böyükdür.
Üçüncü və son model istehsalçının məhsulunu son istehlakçıya satdığı birbaşa istehlakçı modelidir. “Kindles”i müştərilərinə satmaq üçün öz platformasından istifadə edən “Amazon”, birbaşa modelə nümunədir. Bu həm pərakəndə satışı, həm də topdan satış şirkətini əngəlləyən ən qısa paylama kanalıdır.