Proqram şirkəti AiFi, Çinin ən böyük şəhərlərindən biri olan Şanxayda dünyanın ən böyük “kassasız” mağazasını açdı. Mağazada müştərilərin aldığı məhsullar kameralar tərəfindən avtomatik olaraq müəyyənləşdirilir və ağıllı səbətlər yaradır. Məhsulların qiyməti müəyyən edilmiş hesabın qalığından çıxılır.
Təxminən 370 kvadrat metrlik mağazada 200 ağıllı kamera istifadə olunur ki, müştərilər kassaya getmədən mağazanı tərk edə bilsinlər.