“Giant” supermarket şəbəkəsi azlıq təşkil edən şirkətlərə məxsus məhsullara diqqəti daha çox cəlb etmək üçün xüsusi rəf etiketləri hazırlayır. Bu etiketlər insanlara özləri üçün vacib xüsusiyyətləri olan məhsulları tez bir zamanda müəyyənləşdirməyə kömək edəcək.
Gələn aydan etibarən 164 “Giant” mağazasının hamısında bu rəf etiketləri yer alacaq. 218 müəssisəyə məxsus 3100-dən çox məhsul, yenilənmiş rəf etiketinə sahib olacaq.
Yeni təşəbbüs “Giant”ın müştərilərə keyfiyyətli məhsullar təqdim etməsi və mükəmməl xidmət göstərməsi ilə yanaşı, alıcılara rəqabətli qiymətlər təklif edən müəssisələrlə möhkəm əlaqələrin inkişaf etdirilməsində də böyük rol oynayır.
Prezident Ira Kress, belə bir yeniliyi tətbiq etdikləri üçü çox məmnun olduqlarını qeyd edib.
Bu etiketlər həm də “Giant Pickup” və ya “Giant Delivers” vasitəsi ilə onlayn ərzaq almaq istəyən alıcılar üçün “giantfood.com” saytında da yer alacaq. Yeni ildə “Giant”ın veb saytında bununla bağlı izahlı məlumatlar veriləcək.
“Giant Food” 20.000 ortaqla birlikdə 164 mağaza ilə fəaliyyət göstərir. Şirkət, “The PG 100” siyahısında 2020-ci ildə Şimali Amerikadakı ən yaxşı qida və istehlak məhsulları pərakəndə satış sahəsində 11-ci yerdədir.