09.04.2021 ci il tarixində Qazaxıstan mediasında da geniş şəkildə qeyd olunduğu kimi yerli supermarket brendimiz Grandmart’ın Qazaxıstanın Aktau şəhərində möhtəşəm açılışı həyata keçirildi. Turan Özbahceci və Eşqin İsmayıllı rəhbərliyi altında fəaliyyət göstərən Grandmart marketin Aktau filialının sahəsi 2500 kv-mdir və eyni zamanda burada 20000-dən çox məhsul çeşidi var ki, onların əksəriyyəti Azərbaycan və Türkiyə istehsalıdır. Marketin açılışı ilə 60 yeni iş yerinin yaranması Qazaxıstan iqtisadiyyatı üçün də töfhə oldu. Açılış mərasimində Turan Özbahceci
ilə Mangistau vilayətinin meri arasında qida məhsullarının qiyməti və onların ehtiva edilməsi ilə bağlı memorandium da imzalanıb.
İstər ölkə iqtisadiyyatına valyutanın cəlb olunması, istərsə də ölkəmizin xarici arenada təmsil olunması və tanınması yolunda Qazaxıstanda açılan yerli Grandmart supermarket brendi həmçinin Azərbaycanın ölkə sərhədlərini aşan ilk market brendidir. Bu filialın sadəcə başlanğıc olması və bir çox ölkələrdə yeni filialların açılması və yerli brend olaraq dünyada Azərbaycanı təmsil etmək siyasətinin Grandmart marketin əsas fəaliyyət prinsipi olaraq qiymətləndirilməsi və nəhayət ki, Azərbaycan market brendlərinin də dünyada tanınmış və tələb olunan markaya
çevrilməsi amalı, həm ölkə iqtisadiyyatının inkişafı baxımından həm də ölkə hüdudlarından kənarda, beynəlxalq arenada Azərbaycan adının tanınmasında müəyyən rol oynaması və bayrağımızın dalğalanması baxımından ölkə olaraq hər bir vətəndaşımızın qürur duyacağı məqsəddir!