Qeyd olunan sosial eksperiment brendin gücünü nümayiş etdirməyə hesablanmışdı.
Kraf Heinz və Rethink kreativ agentliyi anonim sosial eksperiment çərçivəsində kampaniya həyata keçirmişdir. Belə ki, Heinz şirkəti bütün dünya üzrə istehlakçılara “Ketçup rəsmini çəkmələrini” istəmişdir. Kampaniyanın təşkilatçılarından verilən məlumata görə rəsmlərdə daha çox Heinz məhsulu təsvir edilmişdir.
Insanlar rəsmi çəkərkən markanın rəng tonları, 57 rəqəmi və ya əfsanəvi Heinz qablalaşdırmasının formasını təsvir etmişlər. Bu şəkildə Heinz istehlakçı ilə brend arasında dəqiq asossasiyanın formalaşdığını nümayiş etdirmişdir.
Nəticədə həmin layihə yaradıcılıq müsabiqəsinin əsasına qoymuşdur.
Heinz brendi ən yaxşı şəkilləri Kanada sakinlərinə Heinz markası ilə bağlı olan rəsmlərini göndərməyi təklif etmiş və aralarından ən yaxşısını seçməklə 250 qalibə qutularda ketçup hədiyyə göndərmişdir. Eyni zamanda qaliblərin çəkdikləri şəkillər çöl reklamlarında yerləşdirilmişdir.