Tanınmış qlobal marka olan “Kroger” markasının bir qolu “Kroger Health” şirkətinin prezidenti Colleen Lindholz, pandemiyanın başladığı gündən bəri xəstələrini, iş ortaqlarını maska, əlcək, test vasitələri və lazım olan digər şeylərlə təmin etmək baxımından lider marka olduqlarını qeyd edib. Şirkətin təcrübəli səhiyyə işçiləri xəstələrinə və iş ortaqlarına daim kömək etməyə hazırdırlar. Prezident qeyd edir ki, səhiyyə işimizin ölçüsü və miqyası, peyvəndlər daha geniş istifadəyə verildikdən sonra ABŞ əhalisinə xidmətimizi yüksəltmək imkanı verir.
“Pandemiya dövründə əsas hədəfimiz cəmiyyətimizi açıq mağazalar, elektron ticarət həlləri və səmərəli fəaliyyət göstərən tədarük zənciri ilə təmin edən ortaqlarımız və xəstələrimiz üçün təhlükəsiz bir mühitin yaranması idi. Virusun cəmiyyətimizdə yayılmasının qarşısını almaq üçün bütün müştəriləri və iş ortaqlarını peyvəndə şiddətlə dəvət edirik. Bu yolda daha yaxşı xidmət göstərmək üçün 1000 nəfər yeni səhiyyə işçisini işə götürmüşük.”
Son bir neçə ayda “Kroger Health” peyvənd icazəsinə hazırlaşmaq üçün əczaçılıq şirkətləri ilə və bəzi müəssisələrlə sıx əməkdaşlıq etdi. Şirkət ilk olaraq Alyaska əyaləti ilə ortaq şəkildə səhiyyə işçilərinə “Pfizer-BioNTech” peyvəndini tətbiq etməyə başlayacaq.