“McColl’s” pərakəndə satış şirkəti öz mülkləri arasında müştərilərin rəylərini toplamaq və təhlil etmək üçün qlobal müştəri təcrübəsi idarəetmə tərəfdaşı olan “Service Management Group” (SMG) ilə ortaqlığı möhkəmləndirir.
Pərakəndə şirkəti, mağaza səviyyəsində müştərilərin rəylərini almaq üçün “SMG”-nin müştəri təcrübəsi idarəetmə proqramından istifadə edəcəkdir. Geri dönüşlər “SMG” platformasında toplanılaraq “McColl’s” müştəri bazasını daha yaxşı analiz etməyə kömək edəcəkdir.
“McColl’s” pərakəndə satış şirkətinin müştəri direktoru Tim Fairs, bu yeni ortaqlıq sayəsində müştərilərin səsini ön plana çıxarmaqdan çox məmnun olduqlarını söyləyir. O qeyd edir ki, müştəri təcrübələri inkişaf etməkdə olan bazarda mağaza təcrübəsini inkişaf etdirmək üçün fürsətləri müəyyənləşdirməkdə bizə çox kömək edəcəkdir.
“SMG”-nin baş direktoru Jeremy Michael isə təklifləri və anlayışları inkişaf etdirmə qabiliyyətlərinin müştəri təcrübəsini başa düşən markalarda yüksəliş yaratmağa davam etdiyini qeyd edir. Eyni zamanda öz təcrübələri ilə “McColl’s” şirkətinə kömək etdikləri üçün çox məmnun olduqlarını bildirir.