“Pepsico” dünyanın ən məşhur video oyunundan istifadə edərək ilk təlim proqramının hazırlanmasına başlayıb. Normalda “Minecraft” kimi video oyunlarını işdə oynayarkən tutulmaq heç də xoş hadisə deyil. Lakin artıq bu, işin bir hissəsinə çevriləcək.
Hollandiyada yaşayan Marco, “Pepsico”da prosesləri yaxşılaşdırmaq və məhsuldarlığı artırmağı hədəfləyən “Lean Six Sigma” (LSS) proqramının təmsilçisidir və son 10 ildə dünyanın 200 ölkəsində minlərlə insana təlim verib.
“ “LSS” təliminin əsas hissəsi real problemləri həll etmək üçün təşkil olunan fərdi iclaslardır. Pandemiya dövründə bu iclaslar virtual keçirilməli idi və “Zoom” proqramından istifadə etmək insanlar üçün heç də rahat deyildi.”
“Pepsico” hal-hazırda yeni rəqəmsal təlim proqramının istifadəsinin 7 dildə tətbiqinə hazırlaşır. Proqram “BlockWorks” dizayn studiyası tərəfindən Marco-nun oğlu tərəfindən qurulmuş iş prototipi əsasında hazırlanmışdır. Dünyanın istənilən yerində işləyən “Pepsico” işçiləri tərəfindən istifadə edilə bilər.