“Coca-Cola”nın ilk dəfə 1995-ci ildə Milad üçün xüsusi hazırladığı və hər il eyni konsepsiyadan istifadə etdiyi Milad yük maşınının və yük maşınını istifadə edən “Santa Claus”un fərqli ölkələrdə fərqli xəbərləri ilə tez-tez rastlaşırıq. “WB DONER” agentliyi tərəfindən yaradılan bu fikir, yayımlandığı gündən bəri “Coca-Cola”nın Milad bayramını təmsil edən fikirlərindən biri oldu.
“Coca-Cola”nın ən böyük rəqiblərindən biri olan “Pepsi” ilə olan şirin rəqabətləri ilə tez-tez reklamlarda qarşılaşırıq.
“Pepsi”nin son reklam çarxında, “Coca-Cola”nın Milad üçün hazırladığı Milad yük maşını və “Santa Claus” konsepsiyasından istifadə edərək “Coca-Cola”ya istinad etdiyini görürük. Reklam çarxında bir yanacaqdoldurma məntəqəsinə gələn “Santa Claus”, içki rəfindən pepsi götürərkən gizli kameraya düşür. Üz ifadəsindəki günahkarlıq hissindən son dərəcədə “Coca-Cola”nın “Santa Claus”u olduğu hiss olunur. Əyləncəli reklam çarxı vasitəsilə “Pepsi”, “Coca-Cola”ya qarşı üstünlüyü ələ alır. “Coca-Cola”nın buna necə cavab verəcəyi isə çox maraqlıdır…