Dəyərli oxuyucularımız bu dəfə ki, müsahibimiz Fonibo-nun təsisçisi Nicat Manafovdur.
Nicat bəy ilk növbədə yeni layihənizdə sizə və Fonibo kamandasına uğurlar arzu edirik.
İstərdik ilk sualımızı da elə Fonibo nədir deyə verək?
Məndə fmcg.az oxuyucularını salamlayıram.
Fonibo əslində “müştərilərin köməkçiləridir“, yəni siz istədiyiniz müddəti bu köməkçilərinizi istədiyiniz market, aptek, restoran və s. xidmət və alış-verişlər müddəti göndərə bilərsiniz.
Yəni Fonibo mobil tətbiq etmə proqramı ilə sifariş verə biləcəyiniz köməkçinizdir.Hal-hazırda proqramımızda 25.000-dən çox məhsul çeşidimiz var.
Azərbaycan bazarı online market alış verişinə hazırdımı?
Hal-hazırda yerli bazar buna hazır deyil, çünki bizim alıcılar hələdə məhsula toxunmağı və onlar içərisindən öz sevdiyini alsın. Yəqin bu 4-5 il çəkəcək amma hələki hazır olduğumuz görsənmir.
Müştərilər sizləri öz rahatçılığına görə seçir yoxsa?
Müştəri secimləri fərqlidir, bəziləri mobil tətbiq etmənin praktiki funksiyalarını yoxlayır bəziləri isə uzaq yerdədirlər və öz yaxınlarına alış-verişlərini edirlər.
Hətta elə müştərilər var ki səhhətləri yol vermir marketə yaxud harasa getsinlər bizim vasitəmizlə istədiklərini əldə edirlər.
Bu xidmət müddəti qarşılaşdığınız ən böyük çətinliklər nədir?
Burda həm müştərilərdə həmdə tədarükçülərdə problem olur.Çünki market, aptek və digər satış nöqtələri online alışlar üçün inteqrasiyaya hələdə hazır deyillər belə demək olarsa texniki hazırlıq zəifdir.Hal-hazırkı pandemiya müddətdə özləridə gördü ki hələdə tam hazırlıq yoxdur
Müştərilər tərəfdən isə bəzən seçimləri düzgün etmirlər və məhsulları təhvil veriləndə belə nüanslar ortaya çıxır.
Fonibonun gələcək hədəfləri nədir?
Biz Azərbaycan bazarını bir test bazarı kimi başladıq amma məqsədimiz böyüyüb inkişaf edərək digər ölkələrə françayz kimi çıxmaq istəyirik.Həm aptek, yemək, restoran və s. iaşə obyektlərində insanların ehtiyaclarına görə çatdırılma xidmətimizi edək.Hal-hazırda da bunun üçün çalışırıq.
Bir da Nicat bəy çox sağ ol zaman ayırıb suallarımıza cavab verdiniz, inanıram tezliklə Fonibonun uğurlu xidmətini digər xarici ölkələrdən görəcəyik.
Sonda məndə sizin vasitənizlə hər kəsi rahat bir şəkildə alış veri üçün Fonibo-nu istifadə etməyə dəvət edirəm,inanıram xidmətimizdən razı qalacaqlar. Çox sağ olun..